"Xal qazanmaq istəyirdik, buna inanırdıq".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İslandiya (0:2) görüşündən sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, rəqibin bu oyuna daha motivasiyalı çıxacağını bilirdi: "İslandiya millisini Ukrayna ilə müqayisə etsək daha yaxşı olduqlarını deyərdim. Çox sadə qollar buraxdıq. İkinci hissədə rəqibdən daha yaxşı olmağa çalışdıq. İrəli baxmaq lazımdır. Fransa millisi ilə oyuna hazırlaşacağıq. Baş hakimin bizə qarşı qərarlarını bəyənmədim. Rüstəmin sarı vərəqə epizodu məncə sarı deyildi. Eyni zamanda penalti epizoduna baxdım, məncə baş hakim orada yanlış qərar verdi".
Qeyd edək ki, millimiz növbəti görüşünü noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa millisinə qarşı keçirəcək.
Murad Nəsimi