Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azarkeşlər "Qarabağ"ı yenidən ziyana saldılar
AFFA-nın İntizam Komitəsi "Şamaxı" və "Qarabağ" klublarını cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasında III turun "Şamaxı" - "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Şamaxı" klubu 800 manat cərimələnib.
Həmçinin sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ" klubu 1500 manat cərimələnib.
Qeyd edək ki, "Qarabağ" klubu artıq neçənci dəfədir azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən cəzalandırılır.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
- AFFA hakimi vuran 15 yaşlı futbolçunu 10 oyunluq cəzalandırıb
- "Turan Tovuz" azarkeşləri klubu ziyana saldılar
- Diskvalifikasiya olunan futzalçı: "25 ildir oynayıram, belə hakim ədalətsizliyi görməmişdim"
- AFFA adı protokola salınmayan futbolçunu meydana buraxan klubun nəticəsini ləğv edib
- "Turan Tovuz"un futbolçuları klubu ziyana saldılar
Ən çox oxunanlar
Rəylər