Tokio-2020 Yay Olimpiadası davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın doqquz idmançısı gücünü sınayacaq ki, onlardan dördü günü mükafatla bitirə bilər.
Belə ki, bir gün öncə mübarizəyə qoşulan üç güləşçimizdən Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc uğrunda, Şərif Şərifov isə təsəlliverici görüşlərdən sonra bürünc uğrunda mübarizə aparacaq.
Bu gün yarışa start verəcək İrina Zaretskaya da medal mübarizəsi aparacaq. Karateçimiz mübarizəyə qrup mərhələsindən başlayacaq və günü mükafatla bitirməyə çalışacaq.
Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın beş üzvü isə final mərhələsinə vəsiqə üçün yarışacaq. Təmsilçilərimiz sabah da xalça üzərinə çıxmaq üçün bu gün uğur qazanmalıdır.
7 avqust
05:00 Bədii gimnastika, qrup hərəkətləri. 1-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)
06:30 Bədii gimnastika, qrup hərəkətləri, 2-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)
09:28 Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretskaya – Ayumi Uekusa (Yaponiya)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretskaya – Silvia Semeraro (İtaliya)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretskaya – Sofiya Berultseva (Qazaxıstan)
Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretskaya – Məltəm Hocaoğlu (Türkiyə)
13:45 Sərbəst güləş, kişilər. 97 kq, təsəlliverici görüş. Şərif Şərifov – Elizbar Odikadze (Gürcüstan)
14:30 Sərbəst güləş, kişilər. 65 kq, final. Hacı Əliyev – Takuto Otoquro (Yaponiya)
15:55 Sərbəst güləş, qadınlar. 50 kq, bürünc medal uğrunda görüş. Mariya Stadnik – Namuuntsetseq Oçir (Monqolustan) / Lusiya Yepes (Ekvador) cütünün qalibi
Zaur Xudiyev