2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi vaxt bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib.
O, həlledici matçın 2027-ci il mayın 12-də baş tutacağını qeyd edib.
Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.
Qaynar xətt:
(055) 224 12 12