Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Aqil Ağazadə və həyat yoldaşı, qadınlardan ibarət millimizin üzvü Anastasiya Mertsalova ölkəni tərk edə bilərlər.
Oxu.Az xəbər verir ki, onlar ABŞ-də yaşamaq və işləmək icazəsi aldıqdan sonra okeanın o tayına köçəcəklər.
İdmançıların karyeralarına orada davam edəcəkləri gözlənilir.
Milli oyunçuların bundan sonra yığma komandalarda çıxışa davam edib-etməyəcəkləri hələlik bəlli deyil. Bu, millilərin baş məşqçilərinin seçimindən asılı olacaq.
