Azərbaycan milli komandasının iyunun 10-da Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək.
Viktor Şimusikə Sergey Kasavets, Anton Qusev kömək edəcəklər.
10 iyun
Saat 20:00, Azərbaycan - Macarıstan
Stadion: "Liv Bona Dea Arena"
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)