"İrəvan Brüssellə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar aparmır".
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.
"Ermənistan Respublikası Aİ-yə daxil olmaq üçün müraciət etməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq olaraq, bu istiqamətdə yarana biləcək məsələ aktual deyil", - o, jurnalistin ölkənin həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı sualını cavablandırıb.