22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosovo, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosovo millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşlərə Kosovo ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda altı qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2022
Təsnifat mərhələsi
E qrupu
20 may
21:00 Azərbaycan – Kosovo
21 may
21:00 Niderland – Azərbaycan
22 may
21:00 Slovakiya – Azərbaycan
Rəylər