Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"nı son dəqiqə qolu ilə məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə ilə yadda qalan görüşdə sükut son dəqiqədə pozulub. Oyuna sonradan daxil olan Musa Qurbanlı əsas vaxta əlavə olunmuş 90+3-cü dəqiqədə komandasının qələbə qolunu vurub - 1:0.
Qeyd edək ki, xallarının sayını 44-ə yüksəldən "Qarabağ" lider mövqeyini gücləndirib. "Şamaxı" 14 xalla səkkizincidir.
Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış "Şamaxı" - "Qarabağ" görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə eyniadlı komanda "Qarabağ"ı saat 14:00-da qəbul edəcək.
Qeyd edək ki, aktivində 41 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. "Şamaxı" 14 xalla səkkizincidir.
19 dekabr
Azərbaycan Premyer Liqası
III tur
Saat 14:00, "Şamaxı" - "Qarabağ".
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
- Arkadi Qukasyandan məhkəmədə etiraf: "Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb"
- Premyer Liqa: "Zirə" "Səbail"i bir qolla üstələdi
- Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"
- "Araz-Naxçıvan" - "Qarabağ" oyununda dava: Futbolçular əlbəyaxa oldular