Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə I turun cədvəli də müəyyənləşib.
Yeni mövsümün ilk turunda “Sabah” - “Qəbələ”, “Qarabağ” - “Zirə”, “Kəpəz” - “Neftçi”, “Səbail” - “Sumqayıt”, “Turan Tovuz” - “Araz-Naxçıvan” görüşləri keçiriləcək.

Faiq Tahirov