Rusiya idmançılarının olimpiadada iştirak etməməsi bu yarışa marağı azaldacaq.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov "Matç TV" telekanalına deyib.
“Mən bu qərarı necə dəyərləndirə bilərəm? Pis. Siz olimpiadanı rusiyalı idmançılarsız təsəvvür edə bilərsiniz? Fikrimcə, belə olimpiada maraqsız olacaq”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurası Rusiya millisini 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.
E.Ə.
www.oxu.az