Azərbaycanın U-20 millisi Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, yığma "Qəbələ" ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində daha 2 yoxlama matçı keçirəcək. Yığma oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12