Bu ilin sentyabrında Azərbaycanda atçılıq polosu üzrə Avropa çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə poloplus10 saytı xəbər yayıb.
Saytda qeyd olunub ki, Azərbaycan polonun vətəni kimi tanınır.
“2013-cü ildə bu idman növü atçılıq polosu ilə dünya kuboku ilə Bakıya qayıdıb. Son iki ildə ölkədə atçılıq polosu üzrə iki turnir keçirilib.
Bu il ölkə bu idman növü üzrə daha böyük tədbir qəbul edəcək. 2015-ci ilin sentyabrın 4-dən 12-nə qədər Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycandan olan altı komanda atçılıq polosu üzrə ilk Avropa çempionatında iştirak edəcək. Yarışlar Binə Atçılıq Mərkəzində baş tutacaq”, - saytın məlumatında deyilir.