Sumqayıtda yaşayış binasında partlayış olub.
Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, yaralılardan 2-si uşaqdır.
Onlar Bakı şəhəri Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzindən verilən məlumata görə, partlayış zamanı xəsarət alanlardan Bazurova Kristina (1986) və Qədəşova Svetlananın (1963) vəziyyəti ağır olaraq qalır. Yanıq Mərkəzinin uşaq şöbəsinə yerləşdirilən Lova və Zaur adlı azyaşlıların vəziyyəti isə normal olaraq qiymətləndirilir.
E.Ə.
www.oxu.az