“Azərreyl” voleybol klubunun “Challenge Cup”ın 1/16 final mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi olan “Azərreyl” İsveçrənin “Könits” klubu ilə ilk qarşılaşmasına dekabrın 11-də çıxacaq.
Qarşılaşma saat 18:00-da Bakıda Voleybol Mərkəzində baş tutacaq.
Komandaların cavab görüşü isə dekabrın 17-nə təsadüf edəcək. Berndə oynanılacaq matç Bakı vaxtı ilə 22:30-da başlayacaq.
E.Ə.
www.oxu.az