“Formula-1”in sabiq pilotu holland Yos Ferstappen öncədən 2016-cı ildə “Le-Manda 24 saat” yarışında iştirak etməyi planladığını, sonradan isə Le-Man yarışının növbəti mövsümdə “Formula-1” Azərbaycan Qran-Pri mərhələsi ilə eyni zamanda keçiriləcəyini bildikdə planını dəyişdiyindən danışıb. Bu yarışda onun oğlu Maks iştirak edəcək.
“Mən “Le-Manda 24 saat” yarışının Azərbaycan Qran-Prisi ilə eyni zamanda keçiriləcəyini biləndə problemlər meydana çıxdı və mən hər şeyi ləğv etməli oldum. Mən “Formula-1”in yarışlarında iştirak etməyə üstünlük verirəm.
Mən bunu hər dəfə etməzdim, amma Maksa bəzən mənim yardımım lazım olur, Maksın karyerası isə mənim üçün çox şeydən vacibdir. Ona görə də mən Le-Manda iştirak etməmək qərarına gəldim.
Gələcəkdə elə bir məqam olacaq ki, mənim yardımım lazım olmayacaq, indi isə Maksa yardım edə biləcəyim məqamlar çoxdur. Əgər Maks Bakıda bir həftə öncə Ostində çıxış etdiyi kimi çıxış etsə, o yarışı izləmədiyim üçün kədərlənəcəm. Bütün şəraiti nəzərə alsaq, həftə sonu fantastik və heyranedici alındı. Bu, mənim yarışlarda öz çıxışlarımdan daha çox xoşuma gəlir”- Oxu.Az наmotorsport-a istinadən Ferstappenin sözlərindən sitat gətirir.
Daha öncə Bakıda iştirak üçün Le-Manda 2015-ci ildə “Porsche” komandasının tərkibində Nik Tedndi və Erl Bamberə qalib gəlmiş alman Niko Hülkenberq “Le-Manda 24 saat” yarışından imtina etmişdi.
“Formula-1” yarışlarının 2016-cı il üçün təqviminin dəyişməsindən sonra Bakıda Avropa Qran-prisi və ənənəvi “Lemanda 24 saat” yarışı eyni həftə sonu - 17-19 iyun tarixinə düşüb.
F.H.
www.oxu.az