Qaçış zolağında yüksək səslə musiqi dinləyərək qonşularını narahat etdiyinə görə haqqında iddia açılan müğənni Tuğba Ekinciyə 87 lirə 96 qəpik inzibati pul cəzası verilib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəllər də Ekinci və alt mərtəbədəki qonşuları Aydanur Demircan və Abdurrahman Demircan cütlüyü haqqında “bir ay müddətində pis söz və davranışlarda olmamaq” qərarı çıxmışdı.
Aytən Sadıqzadə
www.oxu.az