Bakıda gənclər sərt qarlı hava şəraitinin olmasından istifadə edərək özünə məxsus tərzdə Dənizkənarı Milli Parkda əyləniblər.
Oxu.Az xəbər verir ki, “Xtreme Pro” qrupunun üzvləri bulvarda maraqlı səhnələr yaratmağa çalışıblar.

Onlar maraqlı paltar geyinərək müxtəlif obrazlarda görüntülər lentə alıblar. Daha sonra onlar velosipedə iplə bağlanmış “snowboard”la sürüşməyə çalışıblar.

Bundan qabaq onlar Tufandağda analoji tərzdə fotosessiya ilə gündəmə gəlmişdilər.
Onları bulvarda görənlər gənclərin addımından təəccübləniblər.
Qeyd edək ki, Bakıda qarlı hava müşahidə edilir. Dünən qar örtüyünün hündürlüyü Bakıda 23, Sarıbaşda (Qax) 69, Ağdərədə 70, Naxçıvanda 32, Tovuzda 30 sm olub.
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib. Qarlı hava şəraiti bu gün də davam edib. Havanın temperaturu Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olub.
Elvin Əhmədov
www.oxu.az