İspaniyanın "Barselona" klubu "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu transfer etmək qərarına gəlib.
Oxu.Az Championat.com-a istinadla xəbər verir ki, Kataloniya klubunun yeni baş məşqçisi Hasn Flik komanda rəsmiləri ilə görüşərək Markusu transfer etmələrini istəyib.
Hazırda tərəflər arasında ilkin razılıq əldə olunub və futbolçunun iki həftə ərzində "Barselona"ya qatılması gözlənilir.
Qeyd edək ki, Markus Raşford ötən mövsüm "Mançester Yunayted" formasında ümumilikdə 48 oyunda meydana çıxıb səkkiz qol, altı məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Rəylər