Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Bayer 04” - “Qarabağ” qarşılaşmasını idarə edəcək hakimin rüşvət qalmaqalı
Martın 15-də baş tutacaq “Bayer 04” - “Qarabağ” qarşılaşmasını hakim Entoni Teylor idarə edəcək.
Oxu.Az xəbər verir ki, Entoni Teylor 2013-cü ildə “Azərbaycan” - “Portuqaliya” oyununa hakimlik edib.
Həmin qarşılaşmada Teylor əlini beş dəfə cibinə salıb. Belə ki, milli komandamızın üzvləri Vüqar Nadirov, Rəşad Sadiqov və Mahir Şükürov sarı vərəqə, Rauf Əliyev isə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alıblar.
Həmin matçda yığmamız 0:2 hesabı ilə məğlub olub.
Entoni Teylor, həmçinin 2020-ci ildə UEFA Superkubokunda “Bavariya” - “Sevilya” matçını, 2022/23 mövsümündə isə Avropa Liqasının final mərhələsində keçirilən “Sevilya” - “Roma” qarşılaşmasına əsas söz sahibi olub.
“Sevilya” - “Roma” qarşılaşmasından sonra İspaniya klubu Entoni Teylora rüşvət verməkdə şübhəli bilinir. Qarşılaşma ərzində hakim Sevilya oyunçularına yeddi sarı vərəqə göstərib. Oyundan sonra İtaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo hakimi sərt şəkildə tənqid edib. UEFA bununla bağlı araşdırmalar apara bilər.
Xatırladaq ki, “Qarabağ” və “Bayer 04” arasında Bakıda baş tutan ilk qarşılaşma 2:2 hesabı ilə bitib. Leverkuzendəki qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Əli Quliyev
Rəylər