Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana dizinin çarpaz bağlarını qoparıb və futbol üzrə dünya çempionatında (DÇ-2026) bir daha meydana çıxmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu ABŞ komandasına qarşı keçirilən 1/8 final oyununda (4:1) ciddi zədə alıb. Onana qarşılaşmanın 21-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Məşhur jurnalist və insayder Fabritsio Romanonun sözlərinə görə, oyunçunun bərpa prosesi 7-8 aya qədər vaxt apara bilər.
24 yaşlı futbolçu DÇ-2026-da dörd görüşdə iştirak edib. Yarımmüdafiəçi 2024-cü ildən İngiltərənin "Aston Villa" klubunun şərəfini qoruyur və ötən mövsüm bu komanda ilə birlikdə Avropa Liqasının qalibi adını qazanıb.