"Benfika"da çox sayda oyunçunun virusa yoluxması ilə əlaqədar olaraq "Portu" ilə oyunun təxirə salınacağı barədə şayiələrlə bağlı baş məşqçi Joze Mourinyo açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
O, komandada heç bir oyunçunun virusa yoluxmadığını və oyunun təxirə salınmayacağını bildirib.
"Komandada hamı sağlamdır və oyunun təxirə salınmasını tələb edəcək bir vəziyyət mövcud deyil", - baş məşqçi qeyd edib.