Cüdo üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində keçirilmiş "Böyük Dəbilqə" turnirini 34 ölkə arasında 2-ci pillədə başa vurub.
Oxu.Az xəbər verir ki, yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (-73 kq) və Məmmədəli Mehdiyev (-90 kq) qızıl, Yaşar Nəcəfov (-66 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) bürünc medala sahib olub.
Bundan başqa Kəramət Hüseynov (-60 kq) 5-ci, Balabəy Ağayev (-60 kq) və Elmar Qasımov (-100 kq) 7-ci yerlə kifayətlənib. Yalnız Rüfət İsmayılov (-90 kq) və Uşangi Kokauri (+100 kq) 1/4 finaladək irəliləməyi bacarmayıb.
Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.
Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.