Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə iki cüdoçumuz tatami üzərinə çıxıb.
Oxu.Az xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan cüdoçularımız Hidayət Heydərov və Rəşid Məmmədəliyev turniri mükafatsız başa vurublar.
Hidayət Heydərov 1/8 finalda Tacikistan millisinin üzvü Muxiddin Asadulloyevə uduzub. Digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-dən olan cüdoçu Stiven Boldbaatara məğlub olub.
Qeyd edək ki, iki gündür start götürən turnirdə indiyə qədər altı cüdoçumuz mübarizəyə qoşulub və heç biri medal qazana bilməyib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə iki cüdoçumuz mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov 1/16 final mərhələsində Adil Osmanov / Covanni Espozito cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin, eyni çəki dərəcəsində digər cüdoçumuz Rəşid Məmmədəliyev ABŞ-ni təmsil edən Stiven Boldbaatarla qarşılaşacaq.