Azərbaycan cüdoçuları Monqolustanda keçirilən "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar.
Oxu.Az-ın xəbərinə görə, bu gün mübarizəyə qoşulan millinin üç üzvü mükafatsız qalıb.
Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən turnirdə Turan Bayramov (60 kq) bürünc medal uğrunda görüşdə rəqibinə uduzub, Balabəy Ağayev (60 kq) və Elşən Əsədov (66 kq) isə daha erkən mərhələdə mübarizəni dayandırıblar.
Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.
Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımızdan Balabəy Ağayev yarışa 1/8 final mərhələsindən qoşulacaq. O, Konstantin Simeonidis (BƏƏ) - Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə gücünü sınayacaq.
Turan Bayramov da (60 kq) 1/8 final mərhələsində Sumiyabazar Enxtayvan (Monqolustan) - Yuantao Van (Çin) cütünün qalibi ilə görüşəcək.
66 kq çəki dərəcəsində çıxış edəcək Elşən Əsədov isə 1/16 final mərhələsində Cantsandorj Unurbat (Monqolustan) ilə yarışacaq.