Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Neftçi”-“İnter” matçından sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı təşkil edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, baş məşqçinin budəfəki mətbuat konfransı olduqca maraqlı alınıb.
Belə ki, Hacıyev 2-2 hesab ilə bitən “Neftçi”- “İnter” matçından daha çox ötən tur keçirilən “Xəzər Lənkəran”-“Neftçi” (2-2) oyunundan və həmin görüşün baş hakimi Rəhim Həsənovdan danışıb.
Baş məşqçi yarızarafat, yarıgerçək Həsənovu tənqid atəşinə tutub.