Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Çelsi" türkiyəli futbolçu üçün 80 milyon avro təklif etdi
İngiltərənin "Çelsi" klubu "Yuventus"da forma geyinən Kenan Yıldız üçün 80 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" Kenan Yıldıza görə daha öncə 60 milyon avro təklif etsələr də, "Yuventus" tərəfi bu rəqəmlə razılaşmadığı üçün keçidə icazə verməyib.
"Yuventus"la 2029-cu ilədək müqavilə imzalayan Kenan Yıldızı transfer etmək istəyən "Çelsi" futbolçu üçün daha artıq məbləğ təklif etməyəcəyini bildirib.
Qeyd edək ki, 19 yaşlı hücumçu bu mövsüm "Yuventus" forması ilə çıxdığı 39 oyunda altı qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar