"Qarabağ" transfer pəncərəsinin son günündə növbəti keçidi reallaşdırıb.
Oxu.Az xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi heyətə cəlb edib.
O, cari ilin sonuna qədər icarəyə götürüb.
Bu barədə "Qarabağ"ın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin "Portsmut" klubunda başlayıb. 2017-ci ildən "Bornmut"da oynayan qapıçı "İpsviç", "Stok Siti", "Çelsi" kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.
Rəylər