Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çempionlar Liqası: "Real Madrid" turniri tərk etdi, "Arsenal" PSJ-yə rəqib oldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçı baş tutub.
Oxu.Az xəbər verir ki, turnirin son qalibi "Real Madrid" doğma meydanda "Arsenal"ı qəbul edib.
Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. 65-ci dəqiqədə Saka fərqlənib. Kral klubunun cavabı özünü çox gözlətməyib. Cəmi 2 dəqiqə sonra Vinisius hesabı bərabərləşdirib. Görüşün əlavə olunmuş dəqiqələrində Martinelli "Arsenal"ın qələbə qolunu vuraraq mübarizəyə nöqtə qoyub - 1:2.
Beləliklə də, iki oyunun nəticəsinə əsasən (1:5) "topçular" adlarını yarımfinala yazdıraraq PSJ-yə rəqib olublar. Madrid təmsilçisi isə yarışla erkən vidalaşıb.
Xatırladaq ki, Londonda baş tutan ilk matçda meydan sahibləri böyük üstünlüklə qələbə qazanmışdılar - 3:0.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Karlo Ançelotti "Real"ı tərk edir: Yeni iş yeri bəlli oldu
- "El-Klasiko"da qol yağışı: İspaniya Kubokunun qalibi əlavə vaxtda bəlli oldu
- "El-Klasiko" öncəsi "fırtına": Peres hotelə gəldi, "Real Madrid" heç bir tədbirə qatılmadı
- "Real Madrid" İspaniya kubokunun final matçına çıxacaq?
- İspaniya Kubokunun final matçının baş hakimi ağladı: "Oğluma "atan oğrudur" deyirlər"