Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.
Oxu.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu dəfə digər – A, B, C və D qrupunda mübarizə aparan komandalar meydana çıxıb.
Günün ən maraqlı oyunlarından biri İngiltərənin Liverpul şəhərində baş tutub. Burada şəhərin eyni adlı komandası qitə miqyaslı ən nüfuzlu klub turnirinin son qalibi “Real”la üz-üzə gəlib. “Kral” klubu növbəti 3 xalına sevinmək üçün çətinlik çəkməyib. Matç 0:3 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə İstanbula yönəlib. 2 oyundan sadəcə 1 xal qazanan “Qalatasaray” doğma azarkeşləri önündə qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkib. Növbəti mərhələyə adlamaq üçün “Cim-Bom” “Türk Telekom Arena”da almanlara gücünü göstərməyi bacarmayıb. “Aslanlar” rəqibi qarşısında aciz qalıb – 0:4
Digər görüşlərdə isə “Anderlext” “Arsenal” 1:2, “Yuventus” “Olimpiakos”a 0:1, “Zenit” “Bayer”ə 0:2, “Bazel” “Ludoqorets” 0:1 hesabı ilə uduzub. “Atletiko” “Malmö”ni darmadağın edib. Gecənin yeganə matçı “Monako” - “Benfika” görüşündə hesab açıqlanıb – 0:0.
Çempionlar Liqası
III tur
22 oktyabr (çərşənbə)
A qrupu
“Olimpiakos” – “Yuventus” - 1:0
Qol: Kasami, 36
“Atletiko” – “Malmö” - 5:0
Qollar: Koke, 48, Mandzukiç, 61, Qriezmann, 63, Çerci, 90+3
B qrupu
“Liverpul” – “Real” - 0:3
Qollar: Ronaldo, 23, Benzema, 30; 41
“Ludoqorets” – “Bazel” - 1:0
Qol: Minev, 90+2
C qrupu
“Bayer” – “Zenit” - 2:0
Qollar: Donati, 58, Papadopoulos, 63
“Monako” – “Benfika” - 0:0
D qrupu
“Anderlext” – “Arsenal” - 1:2
Qollar: Nayar, 71 - Gibbs, 89, Podolski, 90+1
“Qalatasaray” – “Borussiya” - 0:4
Qollar: Aubameyanq, 6; 18, Roys, 41, Ramos, 83