Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığması 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Millimizin heyətində yalnız Zelim Kotsoyev (+90 kq) qələbə qazanmağı bacarıb. Olimpiya çempionumuz Z.Kotsoyev Erik Abramova qalib gəlib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Almaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.