Noyabrın 16-da Macarıstanda yeniyetmələr arasında start götürən cüdo üzrə Avropa Kuboku turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, turnirin ikinci günündə təmsilçilərimiz daha bir medal qazanıblar.
Azərbaycanı yarışda 81 kiloqram çəki dərəcəsində təmsil edən Əlirza Şıxəlizadə finala qədər uğurla getsə də, son görüşdə Fransa təmsilçisi Aleksandr Tamaya məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla da medalların sayı dördə çatıb.
Xatırladaq ki, yarışların birinci günü Nurlan Kərimli qızıl, Hüseyn Allahyarov (hər ikisi -50 kq) və Aydın Rzayev (-60 kq) bürünc medal əldə edib.