Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycan idmançısı Hidayət Heydərov yarımfinal mərhələsinə yüksəlib.
Oxu.Az bildirir ki, 0, 1/8 finalda rumıniyalı Alexandru Raykunu, 1/4 finalda isə rusiyalı Denis Yartsevi ipponla yenib.
O, son görüşündə zədələnsə də, görüşü qələbə ilə başa vurmağı bacarıb. Heydərov yarımfinalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.
Rüstəm Orucov isə 1/8 finalda tacikistanlı Behruzi Xojazodanı cərimə xalları hesabına yenib.
14:54
Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın hər iki kişi cüdoçusu 1/8 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 1/16 finalda Rüstəm Orucov fransalı Pyer Dupranı vaza-ari xalı ilə üstələyib. Hidayət Heydərov isə rumıniyalı Alexandru Raykunu ipponla yenib.
14:44
Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı davam edir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində kosovalı Akil Qyakova ilə qarşılaşıb.
Avropa çempionu R.Orucov ilk döyüşündə ipponla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Bu mərhələdə yarışan digər təmsilçimiz Hidayət Heydərov da Mərakeş cüdoçusu Əhməd əl-Məziatiyə ipponla qalib gəlib.
Qeyd edək ki, hələlik yığmamıza yalnız Orxan Səfərov (60 kq) medal (gümüş) qazandırıb.