Azərbaycan idmançısı Rusiyada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi olub.
Oxu.Az xəbər verir ki, Rəşid Məmmədəliyev (-73 kq) bütün rəqiblərini məğlub edərək finala çıxıb.
O, həlledici görüşdə Rusiya təmsilçisi Əyyub Xacaliyevi məğlub edərək Avropa birinciliyini qazanıb.
Qeyd edək ki, bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışların birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medal əldə edib.