Futbol üzrə dünya çempionatının maraqla gözlənilən qrup matçları davam edir.
Oxu.Az-ın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
Günün ilk maraqlı dueli I qrupda yer alan Fransa və Seneqal yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
I qrupunda, həmçinin İraq millisi Norveçlə gücünü sınayacaq. Bu gərgin mübarizə iyunun 17-nə keçən gecə, saat 02:00-da start götürəcək.
J qrupunda isə iyunun 17-si saat 05:00-da Argentina ilə Əlcəzair millisi, saat 08:00-da isə Avstriya ilə İordaniya millisi üz-üzə gələcəklər.
Dünya çempionatı
I tur
16 iyun
I qrupu
23:00. Fransa - Seneqal
17 iyun
02:00. İraq - Norveç
J qrupu
05:00. Argentina - Əlcəzair
08:00. Avstriya - İordaniya
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.