Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Norveç və Seneqal yığmaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşma avropalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Norçevin heyətində Markus Pedersen (43) və Erlinq Holand (48, 58), Seneqalın heyətində isə İsmaila Sarr (53, 90+3) fərqləniblər.
İkinci turdan sonra hərəyə 6 xal toplayan Fransa və Norveç millisi 1-ci və 2-ci yerləri bölüşür. Bu komandalar pley-off mərhələsinə adlayıb.
Aktivində xalı olmayan Seneqal və İraq isə 3-cü və 4-cü yerlərdə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12