“Barselona” klubunun hücumçusu Usman Dembele Kataloniya təmsilçisi ilə beş illik yeni müqaviləyə imza atacaq.
Mənbə yazır ki, Fransız futbolçu "Barselona"da qalmaqda israr edib və hətta buna görə maaşının azaldılmasına da razılıq verib.
Xatırladaq ki, 24 yaşlı Dembele 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya transfer olub.
Mənbə: Diario Sport