Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünya çempionatında iştirak edəcək cüdoçularımız səpələnmişlər sırasında
Millimizin 6 cüdoçusu oktyabrın 2-dən 5-dək Düşənbədə (Tacikistan) keçiriləcək yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, öz kateqoriyalarında Nizami İmranov (60 kq), Vüsal Qələndərzadə (73 kq) və Könül Əliyeva (48 kq) liderdirlər.
Onlar öz çəkilərində reytinq siyahısına başçılıq edirlər.
Süleyman Şükürov (81 kq), Kənan Nəsibov (+100 kq) və Fidan Əlizadə (57 kq) da səpələnmişlər arasında yer alacaq.
Qeyd edək ki, Düşənbədə, həmçinin İslam Rəhimov (66 kq), Aslan Kotsoyev, Tuncay Şamil (hər ikisi 90 kq), Əjdar Bağırov (100 kq), Xədicə Qadaşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) çıxış edəcəklər.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Zelim Tçkayev Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə altı medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar
- Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin proqramı müəyyənləşib
- Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə yarışlarının püşkatma mərasimində iştirak edəcəklər