Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünya reytinqi: Hidayət və Zelim zirvədə qərarlaşdılar, daha üç idmançımız irəlilədi
Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları başa çatdıqdan sonra Beynəlxalq Cüdo Federasiyası (IJF) ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan millisinin aparıcı cüdoçuları bu siyahıda liderlik mövqelərini daha da möhkəmləndirərək, ölkəmizin cüdo sahəsindəki uğurlarını bir daha sübut ediblər.
Oxu.Az-ın məlumatına görə, Paris-2024-ə qədər öz çəki dərəcələrində birinci yerdə olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) rəqibləri ilə fərqi daha da artırıblar.
Uşangi Kokauri (+100 kq) dörd pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb. Balabəy Ağayev (60 kq) yeddinci yerdə qalıb, Yaşar Nəcəfov (66 kq) 10 pillə geriləyərək 21-ci, iki addım geri düşən Zelim Tskayev (81 kq) isə səkkizinci olub. Elcan Hacıyev (90 kq) isə iki pillə yüksəlib, Murad Fətiyevi bir addım qabaqlayaraq ilk on beşliyə düşüb.
Qadınların yarışında Leyla Əliyeva mövqeyini yaxşılaşdıraraq 22-ci pillədən 20-ci yerə yüksəlib. Gültac Məmmədəliyeva isə dörd pillə geriləməklə 27-ci yeri tutur.
Ümumiyyətlə, Paris-2024 Olimpiadasının nəticələri Azərbaycan cüdosu üçün əla göstərici sayıla bilər.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Rəylər