Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Eden Azar “Real”dan gedir?
İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Eden Azar karyerasını paytaxt klubunda davam etdirmək istəmir.
Belçikalı hücumçunun qış transfer pəncərəsində başqa kluba gedəcəyini gözləyir. “Real” Azarı saxlamaq fikrində deyil. Daha əvvəl Madrid klubunun Azarı “Çelsi”nin müdafiəçisi Ris Ceymsə dəyişə biləcəyi barədə məlumat verilmişdi.
Xatırladaq ki, Azar 2019-cu ildə Madridin “Real” klubuna keçib. Belçikalı hücumçu bu mövsüm La Liqada 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Azarın “Kral klubu” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
“Real Madrid” 21 matçda 49 xal toplayıb və 2021/2022-ci il mövsümündə turnir cədvəlində 1-ci yerdədir.
Mənbə: Championat.com
"Çelsi" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Mançester Siti" "Çelsi"ni qol vurmağa peşman etdi
- İngiltərə Premyer Liqası: "Çelsi" 3 xalı 3 qolla aldı
- "Çelsi" 16 yaşlı qazaxıstanlı futbolçunu transfer edəcək
- İngiltərə Premyer Liqası: "Çelsi" məğlubiyyətdən son anda qurtuldu
- İngiltərə Kuboku: "Çelsi" rəqibinə rəhm etmədi
Rəylər