Türkiyə nəhəngi "Qalatasaray" Mançester Siti"nin ulduz qolkiperi Edersonun transferindən imtina edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqların ilkin mərhələsi müsbət nəticələnsə də, "Mançester Siti"nin futbolçu üçün tələb etdiyi məbləğ "Qalatasaray" rəsmilərinin keçiddən imtina etməsinə səbəb olub.
İngiltərə klubu Ederson üçün gələcək digər təklifləri dəyərləndirəcəyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" rəsmiləri Edersonun yerinə başqa qolkiperlərlə danışıqlara başlayacaqlarını bildiriblər.