Əfqanıstanda xarici ölkə vizaları qara bazarda satılır.
Belə vəziyyət ölkədə səfirliklərin bağlı olması və vizalara böyük tələbat səbəbindən yaranıb.
Yerli əhalinin dediyinə görə, məsələn, Pakistan vizasını 200-300 dollara ölkə səfirliyi yaxınlığında əldə etmək olar. Türkiyə vizası 5 min dollar, Tacikistan vizası 350-400 dollar, Özbəkistan vizası isə 1350 dollaradır.
Mənbə: “TOLO news”