“Çelsi”nin və İngiltərə millisinin sabiq kapitanı və müdafiəçisi Con Terri London komandasına qayıdıb.
Bu barədə onun sosial şəbəkə hesablarında məlumat verilib.
Sabiq futbolçu “təqaüdçülər” akademiyasında vəzifə tutacaq. 42 yaşlı Terri 1998-2017-ci illərdə “mavilər”də çıxış edib.
Terri Premyer Liqanın beşqat çempionu, ölkə kubokunun beşqat qalibi, Liqa Kubokunun üçqat qalibidir. O, həmçinin Çempionlar Liqasının (2012) və Avropa Liqasının (2013) qalibi olub.
I’m delighted to be back Home working in the Academy.@ChelseaFC 💙 pic.twitter.com/QBJtPUoPdm
— John Terry (@JohnTerry26) July 7, 2023
Mənbə: Championat
Rəylər