Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, 12 qrupda keçirilən 24 qarşılaşmada növbəti “pley-off” sahibləri müəyyənləşəcək.
“Qarabağ”ın “Spotinq”i qəbul edəcəyi E qrupunun digər görüşündə “Arsenal” Kiyevdə “Vorskla”nın qonağı olacaq. Londonlular qalib gələcəkləri təqdirdə, Bakıdakı oyunun nəticəsindən asılı olmayaraq, qrup birinciliyini rəsmiləşdirəcəklər. “Arsenal” üçün “Qarabağ”la son turun oyunu formallığa çevriləcək.
Həmçinin Türkiyə nəhənglərindən “Fənərbaxça” bu gün Şükrü Saraçoğlu adına stadionda qrup lideri, artıq “pley-off”a vəsiqəni təmin etmiş Zaqreb “Dinamo”sunu məğlub etsə də, digər oyunun nəticəsindən asılı olmayaraq, 1/16 finala çıxacaq. Həmçinin Trnava “Spartak”ı “Anderlext”ə Brüsseldə uduzsa, o zaman sarı lacivərdlilər uduzsa da, mərhələ adlayacaq.
“Beşiktaş” isə son tur öncəsi qrupdakı vəziyyətini yaxşılaşdırmaq üçün Norveç səfərindən qələbə ilə qayıtmağa borcludur.
Qeyd edək ki, “Bayer”, “Sürix”, “Dinamo” (Zaqreb), “Arsenal”, “Ayntraxt”, “Latsio” və “Çelsi” artıq 1/16 final mərhələsinə vəsiqəni təmin edib.
A qrupu
21:55 “Bayer” (Almaniya) – “Ludoqorets” (Bolqarıstan)
21:55 “Sürix” (İsveçrə) – AEK (Kipr)
1. “Bayer” 9
2. “Sürix” 9
3. “Ludoqorets” 2
4. AEK 2
B qrupu
21:55 “Zalsburq” (Avstriya) – “Leypsiq” (Almaniya)
21:55 “Rusenborq” (Norveç) – “Seltik” (Şotlandiya)
1. “Zalsburq” 12
2. “Leypsiq” 6
3. “Seltik” 6
4. “Rusenborq” 0
C qrupu
21:55 “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka)
21:55 “Bordo” (Fransa) – “Slaviya” (Çexiya)
1. “Zenit” 8
2. “Slaviya” 7
3. “Kopenhagen” 5
4. “Bordo” 1
D qrupu
21:55 “Anderlext” (Belçika) – “Spartak” (Slovakiya)
21:55 “Fənərbaxça” (Türkiyə) – “Dinamo” (Xorvatiya)
1. “Dinamo” 12
2. “Fənərbaxça” 7
3. “Spartak” 3
4. “Anderlext” 1
E qrupu
21:55 “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya)
21:55 “Vorskla” (Ukrayna) – “Arsenal” (İngiltərə)
1. “Arsenal” 10
2. “Sportinq” 7
3. “Vorskla” 3
4. “Qarabağ” 3
F qrupu
21:55 “Milan” (İtaliya) – “Düdelanj” (Lüksemburq)
21:55 “Betis” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
1. “Betis” 8
2. “Milan” 7
3. “Olimpiakos” 7
4. “Düdelanj” 0
G qrupu
19:50 “Spartak” (Rusiya) – “Rapid” (Avstriya)
00:00 “Reyncers” (Şotlandiya) – “Vilyareal” (İspaniya)
1. “Vilyareal” 6
2. “Spartak” 5
3. “Reyncers” 5
4. “Rapid” 4
H qrupu
00:00 “Apolon” (Kipr) – “Latsio” (İtaliya)
00:00 “Ayntraxt” (Almaniya) – “Marsel” (Fransa)
1. “Ayntraxt” 12
2. “Latsio” 9
3. “Apolon” 1
4. “Marsel” 1
I qrupu
00:00 “Malmö” (İsveç) – “Qenk” (Belçika)
00:00 “Saşbor” (Norveç) – “Beşiktaş” (Türkiyə)
1. “Qenk” 7
2. “Saşbor” 5
3. “Malmö” 5
4. “Beşiktaş” 4
J qrupu
21:55 “Krasnodar” (Rusiya) – “Akhisar BB” (Türkiyə)
00:00 “Standard” (Belçika) – “Sevilya” (İspaniya)
1. “Krasnodar” 9
2. “Sevilya” 9
3. “Standard” 6
4. “Akhisar BB” 0
K qrupu
19:50 “Astana” (Qazaxıstan) – “Dinamo” (Ukrayna)
00:00 “Yablonets” (Çexiya) – “Ren” (Fransa)
1. “Astana” 8
2. “Dinamo” 8
3. “Ren” 3
4. “Yablonets” 2
L qrupu
21:55 BATE (Belarus) – “Vidi” (Macarıstan)
00:00 “Çelsi” (İngiltərə) – PAOK (Yunanıstan)
1. “Çelsi” 12
2. “Vidi” 6
3. BATE 3
4. PAOK 3
Səbuhi MUSAYEV
www.oxu.az