Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fernandu Santuş: "Sırf qələbə qazanmaq istəsəydik, Monqolustanı dəvət edərdik"
"Milliyə dəvət olunan futbolçuların hər birinin fərdi keyfiyyətləri yüksəkdir".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
"Rəqiblərimiz AFFA tərəfindən təyin olunublar. Haiti çox keyfiyyətli futbolçulara malik komandadır. Reytinq sırasında bizdən 30 pillə yuxarıda qərarlaşıblar. Əgər sırf qələbə qazanacağım komanda dəvət etməli olsaydıq, Monqolustanı dəvət edərdik. Başqa millilər rəsmi oyunlar keçirdikləri üçün və qrafikə uyğun gəlmədiyi üçün dəvətimizi qəbul edə bilmədilər", - Santuş bildirib.
Baş məşqçi qeyd edib ki, Emin Mahmudov və Abbas Hüseynov zədəli olduqları üçün milliyə dəvət olunmayıblar:
"Bəzi futbolçular isə fiziki vəziyyətləri yaxşı olmadığı üçün dəvət olunmadılar. I Liqada çıxış edən klublardan milliyə cəmi bir futbolçunun çağırılmasının səbəbi keyfiyyətin aşağı olması ilə bağlı deyil. Bütün oyunları yaxından izləmişəm və bəzi futbolçularla bağlı artıq fikirlərim formalaşıb. Amma indiki zamanda milliyə dəvət olunmaları üçün çox tezdir".
Anar Həsənov
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- Fernandu Santuş: "Azərbaycan millisinin qapısı yaşından asılı olmayaraq, bütün futbolçulara açıqdır"
- Azərbaycan millisinin yoldaşlıq görüşləri üçün heyəti açıqlandı - Birinci liqadan oyunçu çağırdı
- Fernandu Santuş Yunanıstanda "Legend" mükafatına layiq görüldü
- Fernandu Santuşun keçmiş rəqibi: "Portuqaliyalıya buna görə təşəkkür etmək lazımdır"
- UEFA Azərbaycan millisinə xəbərdarlıq edib