“McLaren-Honda” komandası yeni avtomobili təqdim etdi.
Oxu.Az xəbər verir ki, yeni avtomobil MCL32 adını alıb, rəng ahənginə gəldikdə isə avtomobil qara-narıncı rənglərlə boyanıb.
“McLaren” yalnız avtomobilin rəngini dəyişməyib, həm də 1960-cı illərin üslubunda rebrendinq aparıblar, bu həm idmançıların geyiminə, həm komandanın uniformasına, eləcə də boks və saytın tərtibatına aiddir.

“McLaren-Honda” pilotları ispaniyalı Fernando Alonso və belçikalı Stoffel Vandorn olacaq.

Texniki özəllikləri:
Şassi: karbon lifdən monokok
Çəki: avtomobilin idmançı və boş çən ilə birgə 728 kq.

Yanacaq-sürtgü materialları və texniki maye: Castrol
Əyləc sistemi: Supportlar və əsas silindr Akebono (brake-by-wire)

Şinlər: Pirelli P Zero
Təkər diskləri: Enkei
Mühərrik:
İş həcmi: 1,6 litr
Silindr sayı: 6
Qapaqların sayı: 24
Transmissiya
Sürətlər qutusu: səkkiz ön və bir arxa ötürücü
Sürtgü materialı: Castrol
E.Ə.
www.oxu.az