"Azərbaycan millisinə qarşı futbolçu kimi oynadığım 30 il əvvəlki oyun yadımda deyil".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa yığma komandaları arasında oyundan sonra mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.
O bütün milli hörmətlə yanaşdığını bildirib: "Azərbaycan millisində keyfiyyətli oyunçular var. Əvvəlki oyunlara nisbətən komandada ciddi artım görünür. "Qarabağ" komandanızı misal çəkə bilərəm ki, UEFA Çempionlar Liqasında yaxşı çıxış edir. Eyni zamanda azarkeşləriniz də möhtəşəm idi. Meydanda futbol adına əla atmosfer var idi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Fransanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Murad Nəsimi