2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Fransa millisi 1:3 hesabı ilə qalib gəlib.
Qolları 4-cü dəqiqədə Renat Dadaşov, 17-ci dəqiqədə Mateta, 30-cu dəqiqədə Akliuş və 45+1-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev (öz qapısına) vurublar.
Daha çox foto burada: PhotoStock.az
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, Fransa millisi 1:3 hesabı ilə öndədir.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında qonaq komanda üçüncü qolu vurub.
Oxu.Az xəbər verir ki, Fransanın üçüncü qolunu 45+1-ci dəqiqədə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev öz qapısından keçirib.
Fransa millisi fasiləyə 1:3 hesabı ilə öndə yollanıb.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında qonaqlar hesabda irəli çıxıblar.
Oxu.Az xəbər verir ki, Fransa millisinin heyətində ikinci qolu 30-cu dəqiqədə Akliuş vurub.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, Fransa millisinin heyətində 17-ci dəqiqədə Mateta fərqlənib.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, millimiz oyunun ilk dəqiqələrində hesabı açıb.
İlk qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində D qrupunda Azərbaycan - Fransa matçı start götürüb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Latviyadan olan hakim Andris Treymanis idarə edir.
Qeyd edək ki, son tur ərəfəsində Fransa millisi 13 xalla birinci, Azərbaycan millisi isə bir xalla dördüncüdür.











DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.
Fransa: Lüka Şevalye, Malo Qüsto, Kefren Türam, Kristofer Nkunku, Üqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes.
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin son oyununda doğma meydanda Fransa yığması ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, görüş saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitaliys Spasennikovs yerinə yetirəcək.
VAR-da Kley Ruperti, AVAR-da isə onun həmyerlisi Kristaps Ratnieks yer alacaq.
Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə Fransa seçməsinə 0:3 hesabı ilə məğlub olmuşdu.
16 noyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 21:00, Azərbaycan - Fransa.