Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, görüş ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 45+2-ci dəqiqədə Mbappe, ikinci qolu 69-cu dəqiqədə Rabyo, 84-cü dəqiqədə Toven qapıdan keçirib.
Bu nəticədən sonra Fransa millisi xalların sayını doqquza çatdıraraq D qrupunda liderliyini davam etdirir, Azərbaycan bir xalla sonuncudur.
Millimiz növbəti görüşünü oktyabrın 13-də Ukrayna millisinə qarşı keçirəcək.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşmasında ev sahibləri üçüncü qolu vurublar.
Oxu.Az xəbər verir ki, topu 84-cü dəqiqədə Florian Toven qapıdan keçirib.
Görüşdə birinci qolu 45+2-ci dəqiqədə Mbappe, ikinci qolu 69-cu dəqiqədə Rabyo vurmuşdu.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşmasında ev sahibləri ikinci qolu vurublar.
Oxu.Az xəbər verir ki, topu 69-cu dəqiqədə Adrien Rabyo qapıdan keçirib.
Görüşdə birinci qolu 45+2-ci dəqiqədə Mbappe vurmuşdu.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşmasında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, ev sahibləri hesabda 1-0 irəlidədirlər.
Hələlik yeganə qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşmasında ev sahibləri birinci hissənin son saniyələrində hesabı açıblar.
Oxu.Az xəbər verir ki, qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.
Komandalar fasiləyə 1-0 hesabı ilə yollanıblar.
Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, matçı Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edir.
DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Fransa və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Fransa: Mayk Menyan, Malo Qyusto, Dayo Upamekano, Kinqsli Koman, Yoqo Ekitike, Kilian Mbappe, Maykl Olise, Adrien Rabyo, Vilyam Saliba, Kefren Tyuram, Teo Ernandes.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Mahir Emreli, Rüstəm Əhmədzadə, Elvin Bədəlov, Abdulla Xaybullayev, Toral Bayramov, Qismət Alıyev.
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda növbəti görüşünə çıxır.
Oxu.Az xəbər verir ki, komandamızın növbəti rəqibi Fransadır.
"Park de Prens" stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oyunu Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. VAR-da Tom Harald Haqen, AVAR-da isə Siqurd Krinqstad əyləşəcəklər.
Xatırladaq ki, tərəflər arasında indiyədək iki oyun keçirilib. 1994-cü ildə üz-üzə gələn rəqiblərin görüşü Fransanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığmamız 10 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin İslandiya və Ukrayna milliləri yer alıblar. İslandiya ilə oyun 5-0 rəqibin qələbəsi ilə, Ukrayna ilə matç isə 1-1 hesablı bərabərliklə bitib.