Yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq. Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.
Oxu.Az xəbər verir ki, Olimpiadanın sonuncu günündə - avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibləri bəlli olacaq.
Satışa 10 milyona yaxın bilet çıxarılsa da, 600 mindən çoxu satılmayıb.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq. Futbol və reqbi görüşlərinə isə bu gün start veriləcək.
Qeyd edək ki, futbol yarışlarının açılış matçlarında Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək. Reqbi üzrə açılış oyunu isə Avstraliya və Samoa kollektivləri arasında olacaq.
Anar Həsənov
Rəylər